Bakıda "BMW" ilə yoxa çıxan Elvinin meyiti tapıldı - ŞOK HADİSƏ

Bakıda BMW ilə yoxa çıxan Elvinin meyiti tapıldı - ŞOK HADİSƏ
Hadisə 20065
İtkin düşən Bakı sakini, 1987-ci il təvəllüdlü Həbibzadə Elvin Nazim oğlunun meyiti tapılıb. BAKU.WS Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda su quyusunda aşkar edilən 1987-ci il təvəllüdlü Həbibzadə Elvin Nazim oğlunun meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri E.Həbibzadənin meyitini dərinliyi, təqribən, 25 metr olan quyudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.Qeyd edək ki, meyiti tapılan şəxs avtomobili ilə birlikdə oktyabrın 14-dən itkin düşüb. Yaxınlarının verdiyi məlumata görə, yol müşahidə kameraları onu sonuncu dəfə 10-VP-103 dövlət qeydiyyat nömrəli "BMW" avtomobili ilə Sulutəpə qəsəbəsinə gedən yolda qeydə alıb.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakıda mənzildən kişi meyiti tapılıb

Bakıda mənzildən kişi meyiti tapılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasın...

442 Hadisə 23:26 02 oktyabr 2019

Son xəbərlər