Bakıda dəhşətli hadisə: İbtidai sinif müəllimi öldü - FOTO

Bakıda dəhşətli hadisə: İbtidai sinif müəllimi öldü - FOTO
Hadisə 2496

Bu gün səhər saatlarında Bakı şəhər Binəqədi rayonu 7-ci mikrorayon ərazisində ağır yol qəzası baş verib.

BAKU.WS “publika.az”a istinadən xəbər verir ki, sürətlə hərəkət edən minik avtomobili 1962-ci il təvəllüdlü Kazımova Təranə Ağaməmməd qızını vurub. Ağır xəsarət alan qadın hadisə yerində ölüb.

Qeyd edək ki, vəfat edən qadın Əsəd Ələskərov adına 244 №-li tam orta məktəbdə ibtidai sinif müəllimi olub və səhər saatlarında 7-ci mikrorayonda yerləşən məktəbə gedərkən faciəvi hadisə baş verib. Onun vəfat etməsi səbəbindən rəhbərlik etdiyi sinifdə dərslər keçirilməyib.

Onu da qeyd edək ki, T.Kazımovanın 39 illik pedaqoji fəaliyyəti olub.

Faktla bağlı araşdırma aparılır.

Bakıda dəhşətli hadisə: İbtidai sinif müəllimi öldü - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər