Bakıda DƏHŞƏT - Ana və balanı beysbol dəyənəyi ilə döydülər
08
okt
2019
09:29
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Nəsimi rayonunda xuliqanlıq zəminində döyülmə hadisəsi qeydə alınıb.BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Mirəli Qaşqay küçəsində yerləşən mənzildə baş verib.Belə ki, 1981-ci il təvəllüdlü Şəfiqə Mollazadənin yaşadığı ünvana onun qaynı öz xanımı ilə qonaq gəlib.Mənzildə onların arasında mübahisə yaranıb və qayın beysbol dəyənəyi ilə əvvəlcə Ş.Mollazadəni, daha sonra 2000-ci il təvəllüdlü Lamiyə Mollazadəni döyüb. Hər iki yaralı ağır vəziyyətdə 1 saylı Xəstəxanaya yerləşdirilib.Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları hadisə yerinə cəlb edilib. Hadisəni törədən şəxs saxlanılıb.
Oxşar xəbərlər
13 yaşlı oğlan anasına mesaj yazan 27 yaşlı gəncə 7 bıçaq vurdu
Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.BAKU.WS APA-ya istinadən xəbər verir ki, rayonun Azadlıq prospektində ticarət mərkəzinin qarşısında 1992-ci il tə...