Bakıda dəhşətli qəzaların ANBAAN VİDEOSU

Bakıda dəhşətli qəzaların ANBAAN VİDEOSU
Video
Hadisə 1405

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ani diqqətsizlikdən yaranan dəhşətli qəzaların görüntülərini yayıb.

BAKU.WS xəbər verir ki, NİİM yaydığı müraciətdə yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan əsas amillərdən birinin sürücülərin ehtiyatsızlığından yaranan diqqətsizlik olduğunu göstərib.

"NİİM-in müşahidə kameralarının qeydə aldığı qəzaların təhlilləri göstərir ki, sükan arxasında telefondan istifadə və ya bir anlıq belə olsa, diqqəti yayındıran hər hansı fəaliyyət yol-nəqliyyat hadisəsinə səbəb olur. Hərəkət zamanı qarşıdakı avtomobil qırmızı işıqda dayandıqda, piyadaya yol verdikdə və ya gözlənilməz maneə yarandıqda sürücünün diqqətinin cəmi bir neçə saniyəlik yayınması qəzanı qaçılmaz edir.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücüləri bir daha diqqətli olmağa çağırır: Hərəkət zamanı sükan arxasında telefondan istifadə etməyin, fikrinizi yalnız yola və nəqliyyat vasitəsinin idarəedilməsinə yönəldin.

Unutmamaq lazımdır ki, yollarda göstərdiyiniz diqqət və məsuliyyət sizi qəzadan qoruya bilər", - müraciətdə bildirilir.

Son xəbərlər