Bakıda DƏHŞƏTLİ QƏZA- Qardaşından səkkiz ay sonra öldü

Dünən axşam saatlarında Qaradağ rayonu Lökbatan qəsəbəsində baş vermiş dəhşətli yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi faktlar üzə çıxıb.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə nəticəsində vəfat edən şəxslərdən 1978-ci il təvəllüdlü Vəsfiyyə Yasin qızı Məlikova Korgöz qəsəbə məktəbinin riyaziyyat müəllimi imiş.
Belə ki, V.Məlikova həyat yoldaşı Ramin Məlikovun idarə etdiyi "Lada Priora" markalı avtomobildə olarkən onların maşını Lökbatan-Puta yolunda üzbəüz hərəkətdə olan və Sultan Sultanlının sürdüyü "Hyundai" markalı avtomobillə toqquşub. Həmin avtomobilin isə manatlıq taksi kimi fəaliyyət göstərdiyi məlum olub.
Qəza zamanı "Hyundai"də olan sərnişinlərdən Hacıalı Adil oğlu Rüstəmov da hadisə yerində ölüb. Bildirilir ki, onun qardaşı 31 yaşlı Ramil isə ötən ilin avqustunda vəfat edib.
Qeyd edək ki, hadisə nəticəsində hər iki sürücü və digər sərnişinlər - Tural Tofiq oğlu Hüseynov, Adəm Azər oğlu Mirzəyev, Ramal Ramin oğlu Məlikov və Həsən Ceyhun oğlu Qasımov müxtəlif dərəcəli xəsarətlər alıblar.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
Fotoda Vəsfiyyə Məlikova
Fotoda Hacıalı Rüstəmov

Oxşar xəbərlər
Xətai rayonundakı binada lift problemi ilə bağlı AÇIQLAMA
"Sözügedən ünvanda ötən günlər yağan şiddətli yağış nəticəsində liftin mexanizmləri zədələnib". Bu barədə BAKU.WS-ə "Lifttəmir" İstehsalat Birliyindən məlumat v...