Bakıda daha bir nəfər spirtli içkidən öldü
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda daha bir nəfər qəbul etdiyi spirtli içkidən zəhərlənərək ölüb.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, fevralın 26-sı saat 19 radələrində Səbail rayonu A.İsmayılov küçəsində yaşayan 1970-ci il təvəllüdlü Z.Əliyev spirtli içkidən zəhərlənib. O, yaşadığı evdə vəfat edib.
Z.Əliyevin hansı növ spirtli içki qəbul etdiyi məlum deyil.
Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, son günlərdə paytaxtın Sabunçu, Suraxanı və Nizami rayonunda 20-yə yaxın şəxs texniki spirtdən zəhərlənərək ölüb. Səbaildə vəfat edən şəxsin də həmin spirtdən qəbul edib-etmədiyi hələlik müəyyənləşməyib.
Oxşar xəbərlər
Vəzifəli şəxs qəfil öldü
Zərdab Uşaq-Gənclər İnkişaf Mərkəzinin müdiri Vətalət Mehdiyeva vəfat edib. BAKU.WS xəbər verir ki, V.Mehdiyeva qəfil dünyasını dəyişib.