Bakıda çox sayda ölən və yaralıların olduğu dəhşətli qəzanın başvermə anı - ANBAAN VİDEO

25
may
2021
10:30
Ötən gün Bakıda baş verən dəhşətli yol qəzasının görüntüləri yayılıb.
Hadisə şahidləri BAKU.WS-in “qaynar xətt”inə bildiriblər ki, qəza hava limanı-Bilgəh yolunda qeydə alınıb.
Hadisə zamanı “Shacman” markalı yük maşını ilə “Mercedes Vito” markalı nəqliyyat vasitəsi toqquşub.
Qəza nəticəsində bir qadın iki kişi olmaqla 3 nəfər hadisə yerində həlak olub. Bundan başqa 6 nəfər müxtəlif dərəcəli xəsarətlərlə 3 saylı Kliniki Tibbi Mərkəzə aparılıblar.
Qeyd edək ki, qəza barədə ilkin məlumatı Bakı Nəqliyyat Agentliyi yaymışdı.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyevanın Cəbrayıl və Zəngilan səfərindən görüntülər - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngil...
