Bakıda boru partladı - Məhəlləni su basdı
Yasamalda su borusunda baş verən qəza aradan qaldırılır.
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.
"Qeyd olunan ünvanda su borusunda qəza baş verib. Yasamal rayon Sukanal İdarəsinin qəza briqadası əraziyə cəlb olunub. Hazırda borunun təmiri və bərpası istiqamətində işlər görülür", - deyə məlumatda qeyd olunub.
***09:18
Bakının Yasamal rayonu ərazisində məhəlləni su basıb.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, hadisə Məhəmməd Xiyabani 286 ünvanında qeydə alınıb. Partlayan su borusu ərazidə böyük gölməçə yaradıb. Bununla yanaşı kanalizasiya suları da küçəyə axıb.
Hadisə yerindən görüntüləri təqdim edirik:
Banu Hüseynli
Oxşar xəbərlər
Ağsuda 141 baş xırdabuynuzlu heyvan oğurlayan şəxs saxlanılıb
Ağsu rayonunda örüş sahəsindən 141 baş xırdabuynuzlu heyvanın oğurlanması barədə polisə məlumat daxil olub. BAKU.WS xəbər verir ki, Ağsu Rayon Polis Şöbəsinin ə...