Bakıda naməlum şəxs qəzalı boruya müdaxilə edib, təzyiqli su küçəyə axıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün səhər saatlarında Binəqədi rayonu, "Baksol" yolunda fərdi su xəttində baş verən qəza ilə bağlı məlumat yerli sukanal idarəsinə daxil olan kimi qəza briqadası əraziyə göndərilərək baxış keçirilib.
Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib.
Baxış zamanı axıntının qarşısı müvəqqəti üsulla alınıb. Əsaslı bərpa işlərinin aparılması üçün qəza briqadası əraziyə qayıdana qədər məlum olub ki, naməlum şəxs və ya şəxslər tərəfindən borunun qəzalı hissəsinə müdaxilə edilib və boruda yenidən axıntı halı qeydə alınıb.
Hazırda sukanal idarəsinin əməkdaşları qəza yerindədirlər. Xəttin təmiri istiqamətində işlər aparılır.
***10:49
Bakının Binəqədi rayonu "Baksol" yolu adlanan ərazisində su borusu partlayıb.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, yol kənarından keçən boruda baş verən qəza içməli suyun ətrafa səpələnməsinə səbəb olub.
"Təzyiqli su avtomobil yoluna tökülür və nəqliyyatın hərəkətində çətinliklər yaradır".
Hadisə vaş verən yerdən görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....