Bakıda bloggerə xəsarət yetirən şəxslər saxlanılıblar - FOTO
Bakı polisi blogger Dəyanət Babayevə qarşı fiziki təzyiq göstərək xəsarət yetirən şəxsləri keçirdiyi operativ əməliyyat-axtarış tədbirləri nəticəsinə müəyyənləşdirib.
BAKU.WS report-a istinadən xəbər verir ki, D.Babayev təzyiqə məruz qalması ilə bağlı həssaslıq nümayiş etdirən Daxili İşlər Nazirliyinin rəhbərliyinə minnətdarlıq edib.
O deyib ki, tez bir zamanda həmin şəxsərin müəyyən olunaraq tapılmasını təmin edən Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının bayram günlərində həyata keçirdiyi tədbirlər nəticəsində həmin şəxsləri yaxalayaraq, təhqiqat-araşdırmalarına cəlb edib:
“Hazırda müvafiq polis orqanında araşdırmalar davam etdirilir”.
D.Babayev bildirib ki, təzyiqə məruz qalması peşə fəaliyyəti ilə bağlı olmayıb:
“Araşdırmanın nəticələri ilə bağlı əlavə məlumat verəcəyəm, təzyiqə məruz qalmağım peşə fəaliyyətimlə bağlı deyil, mənə məlum olmayan səbəblərdən yaranan anlaşılmazlıq ucbatından hücuma məruz qalmışam. Bütün bunlar araşdırmanının nəticəsində məlum olacaqdır. Bir daha Azərbaycan Polisinə təşəkkür edirəm”.
Qalereya
Oxşar xəbərlər
Baş prokuror Bakıda uşaqların işgəncələrə məruz qalması ilə bağlı məsələni xüsusi nəzarətə götürdü
Baş prokuror Zakir Qaralov Bakının Sabunçu rayonunda azyaşlıların valideynləri tərəfindən işgəncələrə məruz qalması barədə yayılan məlumatları nəzarətə götürüb....