Bakıda bir ailənin 4 üzvünü avtomobil vurub

Bakıda bir ailənin 4 üzvünü avtomobil vurub
Hadisə 132

Bakının Binəqədi rayonunda ağır yol qəzası zamanı ikisi azyaşlı olmaqla 4 nəfər xəsarət alıb.

BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə Şamaxı şosesində qeydə alınıb.

Şosenin Sulutəpə qəsəbəsi ərazisinə düşən hissəsində yolu keçən 1981-ci il təvəllüdlü Abdulxalıqov Ceyhun Babaverdi oğlu, onun həyat yoldaşı, 1988-ci il təvəllüdlü Abdulxalıqova Suğra Fərzalı qızı, övladları - 2011-ci il təvəllüdlü Abdulxalıqov Yusif və 2009-cu il təvəllüdlü Abdulxalıqova Fatiməni “Toyota” markalı maşın vurub.

Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, ana və oğlun vəziyyəti ağırdır.

Faktı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər