Bakıda binanın giriş qapısına atılan körpə ilə bağlı YENİ XƏBƏR
Yeniliklərdən dərhal xəbərdar olun
Kliniki Tibbi Mərkəzin tabeliyindəki Ə.F.Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilən 14 günlük atılmış körpənin vəziyyəti yaxşılaşıb. Gətirilərkən vəziyyəti orta-ağır olan körpə həkimlərimizin səyi nəticəsində sağalmaq üzrədir.
Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Nəsimi rayonundakı yaşayış binalarından birinin giriş qapısının qarşısında tapılaraq 1 saylı Körpələr Evinə yerləşdirilən körpənin səhhətində müəyyən problemlər olduğundan 21 noyabr 2021-ci il tarixində 2 saylı Kliniki Uşaq Xəstəxanasına gətirilib.
Körpənin vəziyyəti tam yaxşılaşdıqdan sonra yenidən 1 saylı Körpələr Evinə qaytarılacaq.
Oxşar xəbərlər
Gəncədə ana 2 aylıq uşağını körpələr evinə verib - FOTO - YENİLƏNİB
Bu gün hələlik adı adı məlum olmayan qadın 2 aylıq qız uşağını ilk olaraq Gəncə şəhərində fəaliyyət göstərən Körpələr Evinə vermək istəyib. BAKU.WS-in yerli bü...