Bakıda binada yanğın: 10 nəfər xilas edilib - ANBAAN VİDEO - YENİLƏNİB

Bakıda binada yanğın: 10 nəfər xilas edilib - ANBAAN VİDEO - YENİLƏNİB
Video
Hadisə 1459

Bakıda yaşayış binasında baş verən yanğında 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

BAKU.WS Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 54 m² olan mənzilin mətbəxinin yanar konstruksiyaları 10 m² sahədə yanıb və yüksək temperaturdan dəhlizin tavanı 5 m² sahədə qarsalanıb.

Yanğın zamanı yanğınsöndürən və xilasedicilər tərəfindən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***08:54

Bakıda beşmərtəbəli yaşayış binalarının birində yanğın baş verib.

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.

Yanğın Nizami rayonu ərazisində yerləşən Əli Vəliyev küçəsindəki binada qeydə alnıb.

Hadisə zamanı əraziyə cəlb olunan FHN əməkdaşları insanları binadan təxliyyə edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər