Bakıda beş avtomobil toqquşdu - Sürücülər arasında dava düşdü - ANBAAN VİDEO

Bakıda beş avtomobil toqquşdu - Sürücülər arasında dava düşdü - ANBAAN VİDEO
Video
Hadisə 9007

Bakıda baş vermiş qəza anı kameraya düşüb.

BAKU.WS “avtosfer.az”a istinadən xəbər verir ki, hadisə aeroport yolunda baş verib.

Sol zolaqla hərəkət edən “Subaru” markalı avtomobil qəza işıqlarını yandırıb və asta sürətlə hərəkət edib. Bu zaman “Toyota” markalı avtomobilin sürücüsü sürəti azaldaraq, ona yaxınlaşıb və irad bildirib.

Elə bu anda arxadan gələn “Hyundai” markalı avtomobil “Subaru”ya dəyib. Zərbənin gücündən “Subaru” “Toyota”ya çırpılıb. Digər avtomobil isə “Toyota”ya dəyib. Bütün bu hadisələrin fonunda beşinci avtomobil son anda yüngül toqquşma ilə qəzadan qurtulub.

Bir anın içində avtomobillərdən düşən sürücü və sərnişinlər “Toyota” markalı avtomobilə tərəf qaçıb və sürücünü döyməyə başlayıblar. Magistral yolun ortasında bir neçə şəxs davaya qarışıb. Sonda ərtafdakı digər avtomobillərin sürücüləri onları ayırıblar.

Oxşar xəbərlər

Bakıda baş verən ağır qəzadan 1 dəqiqə öncə (VİDEO)

Bakıda baş verən ağır qəzadan 1 dəqiqə öncə (VİDEO)

Bu gün Bakının Nəsimi rayonu ərazisində baş verən ağır yol qəzasından öncəki görüntü kameraya düşüb.BAKU.WS-in əldə etdiyi məlumata görə, Babək prospekti ilə He...

12641 Hadisə 16:59 14 fevral 2019

Son xəbərlər