Bakıda baş vermiş dəhşətli qəza anı kameraya düşdü - VİDEO

Bakıda baş vermiş dəhşətli qəza anı kameraya düşüb.
BAKU.WS Avtosfer.az-a istinadla xəbər verir ki, hadisə günün qaranlıq vaxtı, aeroport yolunda, şəhər istiqamətində, "Olimpiya stadionu"nun yaxınlığında baş verib.
Üzərinə soyuducu yüklənmiş "VAZ 2102" markalı avtomobil yolun ortasında dayanır. Görünür hansısa nasazlıq baş verir. Bu zaman sürücü təhlükəsizlik qaydalarına əməl etmir. Arxadan gələn digər maşın isə onu görmür və yüksək sürətlə avtomobilə çırpılır.
Hadisə nəticəsində ağır qəza baş verir. "VAZ 2102"ni digər avtomobilin sürüsünün görə bilməməsinə əsas səbəb isə arxa stop işıqlarının yanmaması olub.
Dəfələrlə qeyd edirik ki, avtomobildə nasazlıq yarandığını hiss edən kimi yolun hərəkət hissəsindən kənara çəkmək lazımdır. Bu mümkün olmadıqda isə təcili olaraq təhlükəsizlik qaydalarına əməl etmək zəruridir. Əks halda bu cür ağır qəzadan xilas olmaq mümkünsüz olur.
Videonu təqdim edirik:
Oxşar xəbərlər
Bakıda zəncirvari qəza: Yeddi maşın toqquşdu - ANBAAN VİDEO
Bakıda baş vermiş zəncirvari qəza kameraya düşüb. BAKU.WS “avtosfer.az”a istinadən xəbər verir ki, hadisə aeroport yolunda, Sabunçu körpüsünün altında baş verib...