Bakıda zəncirvari qəza: Yeddi maşın toqquşdu - ANBAAN VİDEO

Bakıda baş vermiş zəncirvari qəza kameraya düşüb.
BAKU.WS “avtosfer.az”a istinadən xəbər verir ki, hadisə aeroport yolunda, Sabunçu körpüsünün altında baş verib.
İlk olaraq manevr qaydalarını pozan "VAZ-21015" markalı avtomobil "VAZ-2107" markalı maşını arxadan vurur.
Ardınca qəza işıqlarını yandıran "07"nin sürücüsü avtomobili dayandırır.
Bu zaman arxadan gələn digər avtomobilin sürücüsü əyləci basır.
Təbii ki, ara məsafəsi düzgün seçilmədiyi üçün zəncirvari qəza baş verir.
Nəticədə 7 avtomobilə ziyan dəyir.
Qeyd edək ki, bu yolda tez-tez analoji hadisələr baş verir.
Yüksəksürətli olduğu üçün qəfil dayanma və ya əyləci basma zamanı qəza açıqlmaz olur.
Videonu təqdim edirik:
Oxşar xəbərlər
Aeroport yolunda ağır qəza - ANBAAN VİDEO
Bakıda baş verən qəza anı kameraya düşüb. BAKU.WS “avtosfer.az”a istinadən xəbər verir ki, hadisə aeroport yolunda, Sabunçu körpüsünün yanında baş verib. “Chevr...
