Bakıda baş verən qəzaların ANBAAN VİDEOSU
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin sürücülərə müraciət edib.
Bu barədə BAKU.WS-ə mərkəzdən məlumat verilib.
Bildirilib ki, paytaxt yollarında maddi zərərlə nəticələnən yol qəzalarının bir çox hissəsi sürücü diqqətsizliyi səbəbindən baş verir. Daha çox da sürücülərin sükan arxasında mobil telefondan istifadə etmələri müşahidə olunur.
"Hərəkət zamanı diqqəti yoldan olmayan sürücünün svetoforun qırmızı işığında avtomobil dayandıqda, qarşıda nəqliyyat sıxlığı yarandıqda, texniki nasaz avtomobil yolda qaldıqda qəzadan yayınmaq şansı olmur. Yəni bu cür hallarda diqqətsiz sürücü sürəti vaxtında azalda bilmədiyindən qəza baş verir. Ölüm və ya xəsarətlə, ən yaxşı halda isə maddi zərərlə nəticələnən belə qəzalardan yol hərəkətinin digər iştirakçıları da əziyyət çəkməli olurlar".
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərdən yollarda diqqətli olmalarını, bu məsələyə məsuliyyətlə yanaşmalarını xahiş edir.
Oxşar xəbərlər
Biznesmenin dörd milyonunu ələ keçirən şəxslərin cəzası bəlli oldu
İş adamı Quvat Beybutovun 4 milyon manatdan artıq vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə araşdırm...