Bakıda banket təşkil edən sahibkar 2 min manat cərimələndi
21
may
2020
17:05
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda restoranda xüsusi karantin qaydaları pozulub.
BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə mayın 20-si gecə saatlarında Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Davudoğlu küçəsi 11/7-ünvanında yerləşən "Gümüş" restoranında qeydə alınıb.
Belə ki, restoranda banket təşkil edilib.
Binəqədi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində restoranda banketdə iştirak edən 30 nəfər inzibati məsuliyyətə cəlb olunub.
Həmin şəxslər 100 manat, obyektin icarədarı isə 2 000 manat məbləğində cərimə edilib.
Oxşar xəbərlər
MTN mafiyasının müsadirə olunan milyonluq əmlakları - SİYAHI
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin həbs edilən generalları və onların əməkdaşlarının dəyəri milyonlarla ölçülən əmlaklarınınn üzərinə həbs qoyulub....