Bakıda azərbaycanlı gənclər ərəblərin evinə basqın etdi
 
                            
                            
                                08
                                avq
                            
                                2019
                                11:59
                            
                            
                        Bakıda ərəblərin kirayə yaşadığı evə basqın edən şəxslər tutulub.BAKU.WS-in "Report"a istinadla verdiyi məlumata görə, hadisə avqustun 5-də Səbail rayonu ərazisində qeydə alınıb.Belə ki, Səudiyyə Ərəbistanından Azərbaycana turist kimi gəlmiş iki nəfərin kirayədə yaşadıqları mənzilə basqın olub. Mənzilin qapısının açıq olduğunu görən 4 naməlum şəxs evə daxil olduqdan sonra ərəbləri sözlə hədələyərək onlardan 1700 manat pul və 5 ədəd mobil telefon alıblar. Daha sonra onların əllərini bağlayaraq oranı tərk ediblər. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Ehsan Zahidov faktı "Report"a təsdiqləyib. O bildirib ki, hadisə ilə bağlı DİN-ə məlumat daxil olan kimi polis əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıb.Avqustun 7-də isə DİN-in Baş Cinayət Axtarış İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi və Səbail Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə biri qadın olmaqla şübhəli bilinən 4 nəfər tutulub.Hazırda faktla bağlı araşdırma aparılır, zəruri əməliyyat istintaq tədbirləri həyata keçirilir.
                    
                    
                    
                    
                    
                    
                    Oxşar xəbərlər
Bakıda mənzilə basqın etdi və qadını döydü
Avqustun 9-da Daxili İşlər Nazirliyinin (DİN) "102 Zəng Mərkəzi” Xidmətinə Binəqədi rayonu ərazisindəki evlərdən birinə quldurluq məqsədi ilə naməlum şəxsin dax...
 
                     
                                             Haqqımızda
                        Haqqımızda
                     
                             
                     
                     
                     
                     
                    