Bakıda avtoxuliqan DƏHŞƏT saçdı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Dünən axşam saatlarında metronun Əhmədli stansiyası yaxınlığında avtoxuliqanlıq hərəkəti qeydə alınıb.
BAKU.WS-in “qaynar xətt"inə göndərilən videoda bir sürücünün Sarayevo küçəsində təhlükəli manevrlər etdiyi görünür.
Sürücü bir neçə dövrə vurub və digər avtomobillərin hərəkətinə təhlükə yaradıb.
Hadisə şahidinin verdiyi məlumata görə, həmin küçədə təkcə görüntüdə yer alan avtomobil deyil, bir neçə avtomobilin iştirakı ilə avtoxuliqanlıq hərəkəti 1 saata yaxın davam edib.
Maraqlısı budur ki, həmin əraziyə polislər gəlməyib və sürücülərə müdaxilə edilməyib.
Oxşar xəbərlər
Bakıda şütüyən “Niva” sürücüsü görün nələr etdi - VİDEO
Bu gün səhər saatlarında Bakı şəhəri, Nizami rayonu ərazisində şütüyən “Niva” markalı avtomobilin sürücüsü “avtoş”luq edib. Bu barədə hadisə şahidi olan sürücül...