Bakıda avtomobilin təkərinin çıxması qəzaya səbəb oldu - FOTO

Bakıda avtomobilin təkərinin çıxması qəzaya səbəb oldu - FOTO
Foto
Hadisə 333

Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Həsən Seyidbəyli küçəsində qeydə alınıb.

Adıçəkilən küçə ilə hərəkətdə olan 99 PU 023 dövlət qeydiyyat nişanlı “Khazar” markalı avtomobil yolun kənarında dayanan 90 PB 874 dövlət qeydiyyat nişanlı “Saipa” markalı avtomobilə çırpılıb.

“Khazar”in sürücüsünün dediyinə görə, küçə ilə hərəkətdə olduğu zaman təkər sıradan çıxıb və o, idarəetməni itirərək yolun kənarında dayanan avtomobilə çırpılıb.

Xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi zərər dəyib. Hadisə yerinə yol polis əməkdaşları cəlb olunub və hadisənin səbəbləri araşdırılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər