Bakıda avtomobil yaşayış evinin darvazasına çırpılıb - FOTO

Bakıda avtomobil yaşayış evinin darvazasına çırpılıb - FOTO
Foto
Hadisə 4

Bakının Xətai rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, qəza Süleyman Əhmədov küçəsində qeydə alınıb.

Belə ki, idarəetməni itirən "Volkswagen" markalı minik avtomobilinin sürücüsü maşını əvvəlcə dayanmış vəziyyətdə olan "Kia"ya, daha sonra fərdi yaşayış evinin darvazasına çırpıb. "Kia" markalı minik maşını isə zərbənin təsirindən "Toyota Prius" markalı avtomobilə çırpılıb.

Əraziyə polis əməkdaşları cəlb edilib. Hadisənin təfərrüatları araşdırılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər