Bakıda zəncirvari yol qəzası - 7 maşın əzilib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Nəsimi rayonunda zəncirvari yol qəzası baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Füzuli küçəsində qeydə alınan qəzada 7 avtomobilə ciddi ziyan dəyib.İlkin məlumata görə, “Mercedes” markalı minik avtomobilinin sürücüsü yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi əvvəlcə “Lexus” və “Toyota” markalı avtomobillərə çırpılıb.
Zərbənin gücündən “Mercedes” daha sonra yol kənarında hərəkətsiz dayanmış 2 “Hyundai” markalı, eyni zamanda “Ford” və “Mitsubishi” markalı minik avtomobillərinə çırpılıb.
Hadisə zamanı “Lexus”da olan 1 nəfər xəsarət alıb.
Dərhal əraziyə polis və təcili tibbi yardım briqadasının əməkdaşları cəlb edilib.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Oxşar xəbərlər
Bakıda sərnişin avtobusu qəza törədib: xəsarət alanlar var - VİDEO
Bakıda sərnişin avtobusu qəza törədib. Xəzər rayonunda olan hadisə zamanı bir sərnişin xəsarət alıb. O, da əraziyə gələn təcili yardım avtmobili ilə xəstəxanaya...