Bakıda avtomobil üç maşına dəyərək aşıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Atatürk prospektində qeydə alınıb.
“Kia” markalı avtomobili idarə edən sürücü sükana nəzarəti itirərək yol kənarında dayanan “Volkswagen” , “Mercedes” və “GMC” markalı maşınlara çırpılıb. Zərbənin gücündən idarəetmədən çıxan “Kia” aşıb. Daha sonra qəzaya səbəb olan avtomobilin sürücüsü maşından çıxaraq ərazidən uzaqlaşıb. Hadisə yerinə hüquq mühafizə orqanın əməkdaşları cəlb edilib.
Qəza ilə bağlı avtotexniki ekspertiza təyin edilib.
Qalereya
Oxşar xəbərlər
Paytaxtda 4 avtomobil qəzaya uğrayıb, xəsarət alan var - VİDEO
Paytaxtın Nərimanov rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Xətai prospektində baş verib. “Mercedes”...