Bakıda avtomobil sərxoş piyadanı vuraraq öldürüb

Bakıda avtomobil sərxoş piyadanı vuraraq öldürüb
Hadisə 116

Bakının Xəzər rayonunda ağır yol qəzası zamanı bir nəfər ölüb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsində baş verib.

Belə ki, 1971-ci il təvəllüdlü Hüseynov Azad Məmmədağa oğlu yaşadığı evdən çıxaraq çölə çıxıb. Bu zaman onu avtomobil vurub. Piyada zərbənin təsirindən ölüb.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xəzər Rayon şöbəsinə aparılıb. Məlum olub ki, piyada sərxoş vəziyyətdə olub.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər