İşə gedən gənc müəllimi maşın vurub öldürdü
Bakıda avtomobil qadını vuraraq öldürüb.
BAKU.WS xəbər verir ki, sosial şəbəkədə yayılan məlumata görə, Günay Pirizadə P.İsmayılov adına 278 saylı orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi olub. Hadisə müəllim işə gedərkən baş verib.
Qeyd edək ki, piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
***09:37
Bakıda avtomobil qadını vuraraq öldürüb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Nizami rayon ərazisində Şükür Məhərrəmov idarə etdiyi "Tofaş" markalı avtomobillə yolu keçən Günay Pirizadəni vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Oxşar xəbərlər
Tovuzda iki mərtəbəli ev yanıb
Tovuz rayonunda iki mərtəbəli fərdi yaşayış evində yanğın baş verib. BAKU.WS apa-ya istinadən xəbər verir ki, rayon sakininə məxsus 5 otaqlı, ümumi sahəsi 200 k...