Bakıda avtomobil körpüdən aşdı - sürücü yoxa çıxdı - FOTO

Bakıda avtomobil körpüdən aşdı - sürücü yoxa çıxdı - FOTO
Foto
Hadisə 974
Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı avtomobil körpüdən aşıb.BAKU.WS APA-ya istinadla məlumat verir ki, "Ravon" markalı avtomobil Heydər Əliyev və Ziya Bünyadov prospektlərini birləşdirən yolötürücü körpü ilə hərəkətdə olan zaman idarəetmədən çıxaraq aşıb və körpüdən aşağı düşüb.Əraziyə polis əməkdaşları yaxınlaşan zaman orada sürücünü aşkar etməyiblər. Onun ərazidən yayındığı, eyni zamanda xəsarət aldığı ehtimal olunur.Hazırda polis sürücünün şəxsiyyətini və qəzanın təfərrüatlarını müəyyənləşdirməyə çalışır.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər