Bakıda avtobusunun iştirakı ilə qəza olub

Bakıda avtobusunun iştirakı ilə qəza olub
Hadisə 74

Bakının Binəqədi rayonunda avtobusunun iştirakı ilə qəza olub.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Biləcəri dairəsində baş verib.

Hərəkətdə olan 14 saylı marşrut üzrə hərəkət edən sərnişin avtobusunun yoluna anidən minik avtomobili çıxıb. Nəticədə minik avtomobili avtobusa çırpılıb.

Hadisə baş verən zaman avtobusda 3 sərnişin olub. Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ziyan dəyib. Əraziyə DYP əməkdaşları cəlb edilib. Yolda hərəkət təmin edilib.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər