Bakıda avtobusla minik maşını toqquşub, xəsarət alanlar var

Bakıda avtobusla minik maşını toqquşub, xəsarət alanlar var
Hadisə 143

Bakıda yol qəzası baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu, Suraxanı qəsəbəsində qeydə alınıb.

161 nömrəli sərnişin avtobusu ilə “Oka” markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobilində olan iki nəfər sıxılmış vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən avtomobildə sıxılı vəziyyətdə qalan iki nəfər çıxarılıb və adiyyəti üzrə təhvil veriliblər.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər