Bakıda avtobus sürücüsü əks istiqamətdə qırmızı işıqdan keçdi - VİDEO

20
dek
2019
14:20
Bakıda qaydaları kobud şəkildə pozan daha bir avtobus sürücüsü kameraya düşüb.
BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə dekabrın 19-u, saat 11:43 radələrində Sadıqcan küçəsi ilə Zığ şossesinin kəşisməsində baş verib.
10-TG-381 dövlət nömrə nişanlı, 12 nömrəli müntəzəm marşrut xətti ilə hərəkətdə olan avtobusun sürücüsü əvvəlcə əks istiqamətə çıxıb.
Daha sonra bir qədər işıqforda dayansa da yaşıl işığın yanmasını gözləməyərək hərəkətini davam etdirib.
Sürücü İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələbini ardıcıl olaraq pozub.
Oxşar xəbərlər
Bakıda əks yola çıxan avtobus qəzadan son anda qurtuldu - VİDEO
Bakıda qaydaları pozan avtobus sürücüsünün görüntüləri sosial şəbəkələrdə paylaşılıb. BAKU.WS "Report"a istinadla xəbər verir ki, 10 TG 364 dövlət qeydiyyat niş...
