Bakıda avtobus sürücüləri arasında dava düşüb

16
avq
2019
23:37
Bakının Nizami rayonunda avtobus sürücüsü döyülüb.BAKU.WS APA-ya istinadən xəbər verir ki, Qara Qarayev prospektində 70 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobusunun sürücüsü 1954-cü il təvəllüdlü Əhmədov Hidayət İbrahim oğlu döyülərək xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb. Ona başın və kürək nahiyəsinin əzilməsi diaqnozu qoyulub.İlkin məlumata görə, hadisə sürücülərin bir-birinə hərəkət üstünlüyü tanımaması səbəbindən baş verib. Sürücülər arasında yaranan mübahisə əlbəyaxa davaya çevrilib.Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsində araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda sərnişin avtobusu piyadanı vurub
Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.BAKU.WS APA-ya istinadən xəbər verir ki, R.Allahverdiyev küçəsində yolu keçmək istəyən 1998-ci il tə...