Bakıda avtobus ağır qəza törətdi, yaralılar var - ANBAAN VİDEO
22
iyn
2022
17:00
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda marşrut xətti üzrə hərəkət edən avtobus ağır qəza törədib.
BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Xətai rayonu Seyid Əzim Şirvani küçəsində baş verib. Belə ki, 81 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən “Karsan” markalı avtobus minik avtomobilinə çırpılıb. Nəticədə minik avtomobili yararsız hala düşüb, avtobusa da ciddi ziyan dəyib.
Hadisə şahidləri qəza nəticəsində bir neçə nəfərin xəsarət aldığını bildiriblər.
Faktla bağlı araşdırma aparılır.
Hadisənin görüntülərini təqdim edirik:
Oxşar xəbərlər
Bakıda avtobus ağır qəza törətdi: Sərnişinlər arasında yaralılar var - YENİLƏNİB - FOTO
Bakının Sabunçu rayonu ərazisində, Maştağa körpüsü yaxınlığında baş verən qəza ilə bağlı rəsmi məlumat verilib. Bakı Nəqliyyat Agentliyindən BAKU.WS-ə verilən m...