Bakıda arvadını təhdid edən kişi həbs edildi

Bakıda arvadını təhdid edən kişi həbs edildi
Hadisə 87

Bakıda qadın sərxoş həyat yoldaşından polisə şikayət edib.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, 41 yaşlı Elvin Quliyev (ad-soyadlar şərti) hadisə günü içkili vəziyyətdə evə gəlib.

İttihama görə, həyat yoldaşı Samirə onun davranışlarını qınayarkən, Elvin ona "səni öldürərəm ha", - deyə cavab verib. Bu sözü eşidən kimi qadın birbaşa polis şöbəsinə qaçıb. Sərxoş ər onun arxasınca gəlib və cütlük şöbənin qarşısında da mübahisə edib.

Arvadının şikayətdən sonra Elvin saxlanılıb və əməli xırda xuliqanlıq kimi qiymətləndirlib.

Nizami Rayon Məhkəməsinin qərarı ilə Elvin 15 sutka inzibati qaydada həbs edilib.

Son xəbərlər