Bakıda arvadını qətlə yetirən şəxslə bağlı YENİ XƏBƏR

Bakıda arvadını qətlə yetirən şəxslə bağlı YENİ XƏBƏR
Hadisə 88

Bakıda qətl törətməkdə təqsirləndirilən Ramil Səfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

BAKU.WS "report"a istinadən xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Samir Əliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, oktyabrın 15-də saat 09 radələrində Binəqədi rayonu ərazisində 1984-cü il təvəllüdlü Sahilə Cəfərovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin əri, 1981-ci il təvəllüdlü Ramil Səfərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Sahilə Cəfərovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ramil Səfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakıda ər arvadını vəhşicəsinə öldürdü - RƏSMİ AÇIQLAMA

Bakıda ər arvadını vəhşicəsinə öldürdü - RƏSMİ AÇIQLAMA

Prokurorluq Bakıda qadının qətli ilə bağlı məlumat yayıb. Baş Prokurorluqdan BAKU.WS-ə verilən məlumata görə, noyabrın 29-u saat 13 radələrində 1998-ci il təvəl...

293 Hadisə 10:05 30 noyabr 2021

Son xəbərlər