Bakıda anasını və qardaşını yatdıqları yerdə yandıran şəxsə HÖKM OXUNDU
18
sen
2019
16:25
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Vitali Kolosovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.BAKU.WS "ölkə.az"a istinadən xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Vitali Kolosov 18 il azadlıqdan məhrum edilib.Qeyd edək ki, cinayət hadisəsi ötən il iyunun 22-də Bakının Xəzər rayonunda baş verib. Həmin gün rayonun Dəmiryol küçəsindəki 4 nömrəli evdə yanğın qeydə alınıb.Yanğın nəticəsində 1959-cu il təvəllüdlü Soloveykina Nina İvanovna və onun 16 yaşlı oğlu Soloveykin Vadim Vladimiroviç müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.Onların hər ikisi Respublika Yanıq Mərkəzinə aparılıb. Lakin iyunun 24-də V.Soloveykin aldığı ağır yanıq xəsarətləri nəticəsində dünyasını dəyişib.Araşdırmalar zamanı məlum olub ki, Soloveykin ailənin böyük oğlu, 1993-cü il təvəllüdlü Kolosov Vitali Vladimiroviç doğmaları yatarkən evin hər yerinə benzin tökərək ona od vurub. Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla, ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham verilib.
Oxşar xəbərlər
Anasını və qardaşını evlə birgə yandırdı... - Bakıda dəhşətli olayın sonu
Bakı Ağır Cinayətlər Məhkəməsində anasını və qardaşını yandırmaqda təqsirləndirilən Vitali Kolosovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.Trend-in məluma...