Bakıda ana və ataya uşağın səhhəti ilə bağlı fərqli arayış verən həkim CƏZALANDIRILDI

Bakıda ana və ataya uşağın səhhəti ilə bağlı fərqli arayış verən həkim CƏZALANDIRILDI
Hadisə 85

Bakı şəhərinin Xətai rayonunda yerləşən 4 saylı uşaq poliklinikası ilə bağlı ciddi iddia səsləndirilib. İddiaya görə, sözügedən poliklinika uşağın sağlamlığı ilə bağlı ata və anaya fərqli, bir-birinə zidd tibbi sənədlər təqdim edib. İddiaya əsasən, anaya uşağın sağlam, ataya isə xəstə olması barədə tibbi arayış verilib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, 2025-ci il dekabrın 1-də vətəndaş Şahnaz Fərhad İsmayılova qızı övladı Y.İ.-nin sağlamlıq haqqında arayış (Forma-26) alınması məqsədilə Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 4 nömrəli Uşaq Poliklinikasına müraciət edib.

Məlumatda qeyd olunub ki, sözügedən tarixdə uşaq müayinə paketinə daxil olan bir sıra tibbi müayinələrdən keçirilib:

"Müayinələrin nəticəsinə əsasən, ultrasəs müayinəsi (USM) zamanı uşağın böyrəklərində çoxsaylı kistalar aşkar olunub. Bu barədə "e-tabib" elektron qeydiyyat sistemində həmin tarix üçün müvafiq qeydlər əks olunub.

"Forma-26" sənədinin tərtibi zamanı tibb müəssisəsinə yeni təyin olunmuş yeniyetmə həkimi Nərmin Zərgərova tərəfindən uşağın müayinə nəticələrinin müvafiq xanalara düzgün qeyd edilməməsi səbəbindən texniki səhvə yol verilib. Sözügedən xəta 4 nömrəli Uşaq Poliklinikasının baş həkimi tərəfindən aşkar edilib, həmin həkim barəsində müvafiq tədbir görülüb".

Son xəbərlər