Bakıda ağac binanın üstünə aşdı

Bakıda ağac binanın üstünə aşdı
Video
Hadisə 193

Bakının Nərimanov rayonu ərazisində güclü külək ağacı aşırıb və binalardan birinin üstünə salıb.

Bu barədə vətəndaşlar BAKU.WS-in "qaynar xətti"nə məlumat veriblər. Bildirilir ki, ərazi üzrə JEK nümayəndələri gəlib əraziyə baxıblar və lentləyiblər.

"İndi qalmışıq təhlükəli ərazidə. Deyirlər Yaşıllaşdırma İdarəsindən gəlib ağacı kəsməlidirlər. Lakin hələ də gələn yoxdur", - deyə şikayətçi bildirib.

Məsələ ilə bağlı adıçəkilən quruma müraciət etdik. Bildirildi ki, problem araşdırlacaq və həlli istiqamətində tezliklə tədbir görüləcək.

Xatırladaq ki, axşam saatlarından davam edən güclü külək nəticəsində fevralın 4-ü saat 12-00-ə şəhər üzrə 37 ağacın sınması, 23 ağacın budaqlarının qırılması qeydə alınıb.

Oxşar xəbərlər

Zirədə söhbətgah yanıb

Zirədə söhbətgah yanıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində tikilidə yanğın baş verməsi barədə məlumat daxil olu...

14 Hadisə 08:59 09 fevral 2026

Son xəbərlər