Bakıda acınacaqlı VƏZİYYƏT - Yağış suyu evə doldu
21
okt
2024
17:00
Bakının Binəqədi rayonu, Cəfər Cabbarlı küçəsində yerləşən evlərin birini su basıb.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, sözügedən hal Binəqədi rayonu, Dağlılar məhləsi döngə 2 ev 11 ünvanında qeydə alınıb.
Sakinin sözlərinə görə, ərazidə kanalizasiya sistemi yoxdur. Bu səbəbdən də yağış suyu evə dolub:
"Evimiz yararsız hala düşüb. Hər yer su içindədir. Burada xəstəlik tapacağıq. Xahiş edirik ki, aidiyyatı qurumlar bizə kömək etsinlər".
Sözügedən görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Bakıda küçə itinə yemək verən qadın DÖYÜLDÜ
Bakıda qadın evinin qarşısında döyülüb. BAKU.WS Lent.az-a istinadla xəbər verir ki, hadisə Səbail rayonu ərazisində qeydə alınıb. Belə ki, 44 yaşlı İbrahim Əhmə...