Bakıda 71 yaşlı kişi mənzilində ölü tapıldı
02
yan
2020
19:21
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat daxil olub.
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1948-ci il təvəllüdlü Mamedov İsmət Mamed oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.
Oxşar xəbərlər
Bakıda mənzildən meyit tapılıb
Bakı şəhərinin Nizami rayonunda mənzildən meyit tapılıb. BAKU.WS Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-in "112" qaynar telefon xəttin...