Bakıda narkokuryerlər saxlanıldı - VİDEO/FOTO

Bakıda narkokuryerlər saxlanıldı - VİDEO/FOTO
Video
Hadisə 116

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun “Kubinka”, “Papanin” və digər ərazilərində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 6 nəfər tutulub.

Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, əməliyyat zamanı paytaxt sakinləri Anar Məmmədov, Orxan Əbilov, Orxan Fətəliyev, Fərid Əliyev, Ülvin Səfərov və Azər Oruczadə saxlanılıblar.

Onların üzərindən və yaşadıqları mənzillərdən külli miqdarda, yəni 1 kiloqramdan artıq metamfetamin və heroin aşkar edilib. Araşdırma zamanı bu şəxslərin sosial şəbəkələrdə tanış olduqları xarici ölkələrdən birinin vətəndaşının təsiri altına düşərək onun üçün ölkə ərazisində narkokuryerlik etdikləri və həmin şəxsin qaçaqmalçılıq yolu ilə göndərdiyi narkotik vasitələrin paytaxt ərazisində satışını təşkil etdikləri məlum olub.

Adları sadalanan şəxslər narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər. Bu şəxslərin hər biri barəsində Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar başlanılıb. Onlar tutularaq barələrində həbs qətimkan tədbirləri seçilib.Nəsimi rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi, onların daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

Bakıda narkokuryerlər saxlanıldı - VİDEO/FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər