Bakıda 5 marşrut xəttinin hərəkət sxemi dəyişib
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda 5 marşrut xəttinin hərəkət sxemində dəyişiklik olunub.
Bu barədə BAKU.WS-ə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Məlumatda deyilir ki, dəyişikliyə əsasən, 15 və 22 nömrəli müntəzəm marşrut xətlərinin hərəkəti Qara Qarayev prospekti və Babək prospektlərindən keçməklə təşkil edilib.
70 nömrəli müntəzəm marşrut xəttinin Sabunçu qəsəbəsi istiqamətində hərəkət sxemində dəyişiklik olunaraq Cəmşid Naxçıvanski küçəsi və Qara Qarayev prospekti ilə təşkil edilib.
53 nömrəli müntəzəm marşrut xəttinin Badamdar qəsəbəsi istiqamətində hərəkət sxemində dəyişiklik olunaraq Qurban Xəlilov küçəsi – Landau küçəsi – Şəfaət Mehdiyev küçəsi – Bəxtiyar Vahabzadə küçəsi – Hüseyn Cavid prospekti – Mikayıl Müşfiq küçəsindən keçməklə təşkil edilib.
33 nömrəli müntəzəm marşrut xəttinin 7-ci mikrorayon istiqamətində hərəkət sxemimdə dəyişiklik edilərək Səməd Vurğun, Nəsib bəy Yusifbəyli küçəsi və Azadlıq prospekti ilə təşkil edilib.
Bundan başqa, 78 nömrəli müntəzəm marşrut xəttinin başlanğıc dayanacaq məntəqəsi Azər Manafov küçəsi olmaqla fəaliyyəti bərpa edilib.
Oxşar xəbərlər
Nişanlı qızı çöllükdə oğlanla görüşdürdü, 13 yaşlı bacısını maşında dəfələrlə zorladı, sonra... – Azərbaycanda ŞOK
Sabirabad rayonunda seksual xarakterli hərəkətlər etməkdə və oğurluqda ittiham olunan 1975-ci il təvəllüdlü Mehdi Mehdiyevin (cinayət işi üzrə adı keçən şəxslər...