Bakıda 41 yaşlı kişi qətlə yetirildi
Yeniliklərdən dərhal xəbərdar olun
Aprelin 23-ü saat 20 radələrində paytaxtın Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsində yerləşən mənzillərdən birində 1982-ci il təvəllüdlü Namik İsrafilovun üzərində xəsarət izləri olan meyiti aşkar edilib.
Rayon prokurorluğundan BAKU.WS-ə verilən məlumata görə, ilkin araşdırma zamanı zərərçəkmişin qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Bakı şəhər prokurorluğu təkzib edir
Bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən paytaxtın Binəqədi rayonu ərazisində qəsdən adam öldürmə cinayətinin iştirakçısı olmuş şəxslərin guya cinayət məsul...