Bakıda 4 ay əvvəl toyu olmuş şirkət sahibinin meyiti tapıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Salyan rayon sakininin Bakıda yaşadığı mənzildə meyiti aşkarlanıb.
BAKU.WS Report-a istinadla xəbər verir ki, meyiti tapılan şəxsin 35 yaşlı Vüsal Məlikov olduğu müəyyənləşib.
Mərhum Bakı şəhərində fəaliyyət göstərən təmir-tikinti şirkətlərindən birinin sahibi olub. O, 4 ay əvvəl ailə qurmuşdu. Şirkət sahibinin ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Report-un əldə etdiyi məlumata görə, Məlikov Vüsal Afət oğlu Bakı şəhəri, Xətai rayonunda yaşayırmış. Hadisə elə onun yaşadığı mənzildə qeydə alınıb. Belə ki, mərhumun həyat yoldaşı anasının evində olan zaman ona zəng edib. Lakin V.Məlikov telefona cavab vermədiyindən o, evə qayıdıb. Bu zaman V.Məlikovun öz mənzillərinin qapısından qalstuk ilə asılmış meyitini aşkar edib.
Hadisənin intihar olub-olmadığı hələ dəqiq deyil.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Kirayə evə qadın gətirdi, ev sahibi polisə xəbər verdi və... - Dəhşətli qətlin təfərrüatı
Zaqatala rayonunda 2011-ci il fevralın 24-də öldürülmüş 1950-ci il təvəllüdlü Seyran Əyyubovanın qətlinin üstü 9 il sonra açılıb. BAKU.WS “teleqraf.com”a istina...