Bakıda 35 yaşlı kişi üz nahiyəsindən bıçaqlanıb
12
avq
2022
08:56
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda bıçaqlanma hadisəsi baş verib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb. Binə qəsəbəsində 35 yaşlı Ramazanov Siyavuş Nurxan oğlu mübahisə zəminində bıçaqlanıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona üz nahiyəsinin kəsilmiş bıçaq yarası diaqnozu qoyulub.
Yaralı əməliyyat olunub, vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.
Oxşar xəbərlər
İmişlidə mübahisə qanlı bitdi: 32 yaşlı kişi bıçaqlandı
İmişli rayonunda bıçaqlanma hadisəsi baş verib. BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə Şahverdili kəndində qeydə alınıb. Belə ki, 1989-cu il təvəllü...