Bakıda 32 yaşlı kişini döyən şəxs saxlanılıb - YENİLƏNİB

Bakıda 32 yaşlı kişini döyən şəxs saxlanılıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.
O bildirib ki, sentyabrın 15-də Əlyar Əsgərovun döyülərək xəsarət alması barədə polisə məlumat daxil olub:
"Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Ələsgər Tağıyev müəyyən olunaraq saxlanılıb. İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib. Müvafiq ekspertizalar təyin olunub. Hazırda məsələ ilə bağlı araşdırma aparılır".
***11:05
Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, Maştağa qəsəbəsində 1991-ci il təvəllüdlü Əsgərov Əlyar Mirzə oğlu əvvəlcə döyülüb, sonra bıçaqlanıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona baş nahiyəsində kəsilmiş bıçaq yarası diaqnozu qoyulub.
Fakt araşdırılır.
Oxşar xəbərlər
Bir yumruqla qətl hadisəsi: Canlı yayımda elə söz dedi ki...
Gəncə şəhərində 1998-ci il təvəllüdlü Elmar şəxsi münasibətlər zəminində münaqişə zamanı 1983-cü il təvəllüdlü Sahibi qətlə yetirib. BAKU.WS “teleqraf.com”a ist...
