Bakıda 3 nəfər dəm qazından zəhərlənib - Ölən var
Bakıda 3 nəfər dəm qazından zəhərlənib, ölən var.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə yanvarın 13-də paytaxtın Yasamal rayonu, K.Kazımzadə küçəsində yerləşən evlərin birində qeydə alınıb.
Belə ki, 1982-ci il təvəllüdlü Məmməd Qənbərov kirayə yaşadığı fərdi yaşayış evinin hamam otağında yuyunarkən dəm qazından zəhərlənərək ölüb.
Bundan başqa, onunla eyni ünvanda kirayə yaşayan 2008-ci il təvəllüdlü Vəli Qarayev və 1987-ci il təvəllüdlü Gülnarə Qarayeva dəm qazından zəhərlənmə diaqnozu ilə 1 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda növbəti dəm qazı faciəsi - Bir qadın öldü, biri reanimasiyadadır
Sabirabad və Xaçmazda rayonunda dəm qazından zəhərlənmə hadisəsi qeydə alınıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, Sabirabad rayonunun Şıxsalahlı kənd saki...