Bakıda 29 il əvvəl bu evdə törədilmiş qətlin üstü açıldı - Tapança ilə... - VİDEO

Bakıda 29 il əvvəl bu evdə törədilmiş qətlin üstü açıldı - Tapança ilə... - VİDEO
Video
Hadisə 273

Bakıda 29 il əvvəl baş vermiş ağır cinayətin üstü açılıb.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatına əsasən, keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 29 il əvvəl törədilərək bağlı qalmış xüsusilə ağır cinayətin açılması təmin olunub.

Qeyd edilib ki, 26 noyabr 1993-cü il tarixdə Fikrət İbrahimovun yaşadığı mənzilində odlu silahdan açılmış atəş nəticəsində güllə xəsarətləri ilə meyitinin aşkar edilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb istintaq aparılsa da, cinayəti törətmiş şəxsi müəyyən etmək mümkün olmadığından iş üzrə icraat dayandırılmışdır.

Nərimanov Rayon Prokurorluğu tərəfindən cinayət işi yenidən öyrənildikdən sonra iş üzrə icraat təzələnib. Aparılan araşdırmalarla cinayətin üstü açılıb.

Hadisəni törətməkdə şübhəli bilinən Nazim Bayramov hadisə yerindən qaçıb. Evin hazırki sahibi şifahi olaraq ''Xəzər Xəbər''ə bildirdi ki, illər əvvəl mənzili alıb. Alandan 2 il sonra təmirə başlayanda müəyyən edib ki, ev sahibini qətlə yetiriblər. Hadisə barədə tam məlumatlı olmadığından o kamera qarşısında danışmaqdan imtina etdi.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər