Bakıda 27 yaşlı qadın ərini niyə baltaladı?
Yeniliklərdən dərhal xəbərdar olun
Yanvarın 21-də Qaradağ rayonu, Qızıldaş qəsəbəsində 27 yaşlı qadının həyat yoldaşını baltalaması hadisəsinin təfərrüatı üzə çıxıb.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə baş verən gün 1987-ci il təvəllüdlü Rəsul Quliyev (adlar şərtidir) həyat yoldaşı Könül Quliyevanı döyübmüş. Belə ki, qısqanclıq zəminində evdə arabir mübahisələr yaradan Rəsul səhər saatlarında arvadına xəsarətlər yetirib. Bu zaman Könül həyətdə əlinə keçən baltanı götürüb və ərinin baş nahiyəsinə bir dəfə ağır zərbə endirib.
Rəsul Quliyev ağır xəsarətlə xəstəxanaya yerləşdirilib. Ərini yaralayan Könül Quliyeva tutulub və barəsində cinayət işi başlanılıb.
Qeyd edək ki, cütlüyün 2 övladı var.
Oxşar xəbərlər
Əvvəlcə cinsi əlaqədə olub, sonra sevgilisini yataqda… - Bakıda dəhşət - VİDEO
23 sentyabr 2019-cu il tarixli baxış protokoluna əsasən, Yeni Yasamal-1 yaşayış massivi, ev 2, mənzil 11-də, yataq otağındakı çarpayının üzərində Maya Kərimovan...