Bakıda 23 yaşlı qız 9-cu mərtəbədən yıxılıb
05
iyn
2019
00:03
Axşam saatlarında Bakının Xətai rayonunda 23 yaşlı qız binadan yıxılaraq ölüb.Hadisə Əhmədli qəsəbəsi, Rahib Məmmədov 15 A ünvanında baş verib. 1996-cı il təvəllüdlü Ağayeva Banuçiçək Azər qızı yaşadığı binanın 9-cu mərtəbəsindən yıxılıb. Açıq kəllə-beyin travması alan yaralı dərhal 3 saylı Şəhər Klinik Mərkəzə çatdırılıb.Həkimlərin səylərinə baxmayaraq B.Ağayevanı xilas etmək mümkün olmayıb.Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
Oxşar xəbərlər
Mingəçevirdə qadın dördüncü mərtəbədən yıxılıb
Mingəçevir şəhərində 21 yaşlı qadın binanın dördüncü mərtəbəsindən yıxılıb.BAKU.WS "Report"a istinadən xəbər verir ki, şəhər sakini, 1998-ci il təvəllüdlü Rahil...