Bakıda 21 yaşlı gənc aptekə basqın etdi
30
apr
2020
10:11
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda aptekdə soyğunçuluq hadisəsi törədilib.
BAKU.WS “unikal.org”a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki aptekdə qeydə alınıb.
Naməlum şəxs aptekə daxil olaraq əczaçını hədələyib. Həmin şəxs aptekdən 106 manat dəyərində tibbi məhsul götürüb və hadisə yerindən qaçıb.
Xəzər rayon 1-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Qax rayon sakini, 1999-cu il təvəllüdlü E.Nurməhəmmədov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda aptekə silahlı basqın - kassadan pulları götürüb qaçdı
Bakıda aptekə basqın edilib. BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisindəki "Vita" aptekdə qeydə alınıb....